Sabah avtobuslar işləyəcək – RƏSMİbackend

Sabah avtobuslar işləyəcək – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakı Nəqliyyat Agentliyi 8 və 16 may tarixlərində avtobusların fəaliyyət göstərib-göstərməyəcəyinə aydınlıq gətirib.
 
BNA-dan verilən xəbərə görə, Nazirlər Kabinetinin 19 aprel tarixli qərarına əsasən, 8 və 16 may rəsmi iş günləri hesab edilir.
Rəsmi iş günləri sayıldığına görə həmin tarixlərdə ictimai nəqliyyat fəaliyyət göstərəcək.
 
Qeyd edək ki, mayın 9-u saat 00.00-dan mayın 16-sı saat 06.00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılacaq.