Sabah 41° isti olacaq – PROQNOZbackend

Sabah 41° isti olacaq – PROQNOZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda avqustun 13-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında yağmursuz hava müşahidə olunacaq. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, Bakıda gecə 23-25° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40 % olacaq.

Abşeron çimərliklərində gözlənilən hava şəraiti mülayim şimal-şərq küləyi əsəcək.

Dəniz suyunun temperaturu: şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 21-26° isti olacaq.