Sabah 33 dərəcə isti olacaqbackend

Sabah 33 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mayın 31-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti, Bakıda gecə 19-21° isti, gündüz 28-30° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 16-21° isti, gündüz 28-33° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti olacaq.