Sabah 27 dərəcə isti olacaqbackend

Sabah 27 dərəcə isti olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda mayın 29-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata əsasən,  Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz  22-27° isti olacaq.

Bakıda gecə 14-16° isti, gündüz  25-27° isti olacaq. Atmosfer təzyiqi  761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında

Əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz  25-30° isti, dağlarda gecə  2-7° isti, gündüz  12-17° isti olacaq