İctimai Televiziyadan icra başçılığına – Biləsuvarın yeni icra başçısı kimdir?backend

İctimai Televiziyadan icra başçılığına – Biləsuvarın yeni icra başçısı kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Faiq Akif oğlu Qürbətov Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

TİA.AZ-ın məlumatına görə, Faiq Qürbətov bu təyinatadək İctimai Televiziyada Aparat rəhbəri vəzifəsində çalışırdı. O, həmin vəzifəyə 2018-ci ilin iyununda gətirilmişdi.

O, daha əvvəl isə Azərbaycan Gənclər Fondu Aparatının rəhbəri kimi fəaliyyət göstərib.

2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.