Tribuna İnformasiya Agentliyi

Saat 12-yə qədər seçicilərin 39 faizi səs verib – MSK-nın məlumatı

11 Aprel

Azərbaycan Mərkəzi Seçki Komissiyası bu gün keçirilən prezident seçkiləri ilə bağlı keçirilən səsvermədə saat 12.00-a olan seçici fəallığı barədə məlumatları açıqlayıb.

“Yeni Müsavat ” ın müxbiri MSK-nın Seçkilər İnformasiya Mərkəzindən xəbər verir ki, səsverməyə start verilən andan saat 12-dək ölkə üzrə 5 milyon 314 min 365 seçicidən 2 milyon 93 min 343 nəfəri, yəni ümumi seçicilərin 39,39%-i səsvermədə iştirak edib.