Tribuna İnformasiya Agentliyi

Saakşvili Gürcüstan vətəndaşlığını qaytarmaq istəyir

02 İyul

Mixail Saakaşvili Gürcüstanın siyasi həyatında iştirak etmək üçün ona Gürcüstan vətəndaşlığını qaytarmağı tələb edib.

Oxu.Az bununla bağlı “RİA Novosti” agentliyinə istinadla xəbər verir.

“Marqvelaşvili qorxaqdır, çünki ilk növbədə, o məndən vətəndaşlığımı alıb. Əgər onun kişiliyi və insanlığı varsa, mənə Gürcüstan vətəndaşlığını qaytarsın.

Məni Gürcüstana buraxın və mən sizə göstəcəyəm ki, hakimiyyət kimdən qorxur və xalqı kiminlə qorxudacaq…”, – Saakaşvili “Rustavi 2” telekanalına deyib.

Saakaşvili hesab edir ki, onu qanun pozuntusu ilə vətəndaşlıqdan məhrum ediblər.

Xatırladaq ki, Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı əldə etdikdən sonra Gürcüstan vətəndaşlığından çıxarılıb.