Saakaşvilinin tərəfdarları sağ sahili bağladı – Videobackend

Saakaşvilinin tərəfdarları sağ sahili bağladı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin yüzlərlə tərəfdaşı yenidən Tbilisidə etiraz aksiyası keçirir.

“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, aksiya iştirakçıları şəhərin ən vacib yollarından birinin hərəkət hissəsini bağlayıblar.

Hadisə yerinə polis əməkdaşları, Daxili İşlər Nazirliyinin xüsusi bölmələri su şırnaqları ilə cəlb olunub.

Qeyd edək ki, Gürcüstan müxalifəti noyabrın 8-i Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsini tələb etmək məqsədilə etiraz aksiyalarının başlamasını elan edib. Bu məqsədlə Saakaşvilinin təsis etdiyi “Vahid Milli Hərəkat” partiyası həftə ərzində müxtəlif dövlət qurumlarının qarşısında aksiyalar təşkil edib.

Xatırladaq ki, Saakaşvili səhhətində yaranan problemlərlə bağlı 18 saylı “Qldani” Cəzaçəkmə Müəssisəsinə köçürülüb. Gürcü siyasətçi oktyabrın 1-də saxlanıldığı andan etibarən aclıq aksiyası keçirir.

***

“Avlabari” metrostansiyasına toplaşan etirazçılar oradan Barataşvili körpüsünə qədər yürüş edib, daha sonra isə sağ sahillə Ortaçala doğru hərəkət edərək nəqliyyatın hərəkətini dayandırıblar. Fəallar “Mişa, Mişa!” şüarlarını səsləndirərək, asfalta “Mişaya azadlıq”, “Öldürməyin!” sözlərini yazıblar.

Yürüş iştirakçıları Ortaçaldan Gürcüstan Prezidentinin Atoneli küçəsindəki iqamətgahına gediblər və oradan dağılıblar. Hadisə yerinə gücləndirilmiş polis dəstələri, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları səfərbər edilib. Yürüş keçirilən ərazi patrul polisinin rəisi Vaja Siradze tərəfindən şəxsən nəzarətə götürülüb.