Saakaşvilidən yeni vəzifəsində ilk açıqlamabackend

Saakaşvilidən yeni vəzifəsində ilk açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili Ukrayna Prezidenti Vladimir Zelenskinin onu İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin etməsini qeyri-adi addım adlandırıb.

Tia.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə o, Feysbuk hesabında yazıb.

Saakaşvilinin sözlərinə görə, onun təyinat alması faktı göstərir ki, Zelenski qeyri-adi addımlar atmağa hazırdır. Odessanın keçmiş qubernatoru hesab edir ki, Prezidentin onu vəzifəyə təyin etməsi ilə bağlı qərarından daşındırmaq istəyənlər Ukraynada status-kvonun qalmasının tərəfdarıdır. O, əlavə edib ki, Zelenski radikal islahatlar və dəyişikliklər etmək niyyətindədir.

Xatırladaq ki, mayın 7-də Ukrayna Prezidenti Vladimir Zelenski Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilini Ukraynada İslahatların İcraiyyə Komitəsinin rəhbəri vəzifəsinə təyin edib. Bundan əvvəl Saakaşvilinin Ukraynada Baş Nazirin islahatlar üzrə birinci müavini vəzifəsinə gətirilməsi planlaşdırılırdı. Ancaq rəsmi Tbilisinin etirazından sonra bu plan baş tutmadı.