Saakaşvili postsovet məkanında isahatlar bürosu yaradırbackend

Saakaşvili postsovet məkanında isahatlar bürosu yaradır

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili postsovet məkanında islahatlar üzrə büro yaratmaq qərarına gəldiyini açıqlayıb. virtualaz.org xəbər verir ki, Saakaşvili bu haqda Azərbaycanın və Qazaxıstanın Ukraynadakı səfirləri ilə görüşündə açıqlayıb.

Saakaşvili səfirlər Elmira Axundova və Darxan Kaletayevlə Ukrayna prezidenti yanında İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri statusunda görüşüb. Onun fikrincə, postsovet məkanında islahatlar üzrə büro islahatçıların hamısını bir yerə cəmləşdirməyə imkan verəcək. Hərçənd o, büronun necə işləyəcəyini dəqiqləşdirməyib.

“Bu, milyonlarla adamın yaşadığı böyük postsovet məkanında ideyaların generasiyası və islahatçıların konsolidasiyası üçün böyük beynəlxalq mərkəz olacaq”,-Saakaşvili səfirlərlə görüşündən sonra Facebook-da yazıb.

Gazeta.ru qeyd edir ki, Saakaşvilinin bu ideyası birmənalı deyil, ola bilsin həmin ideya Ukrayna prezidenti yanında islahatlar üzrə şuranın dəstəyi ilə ortaya atılıb. Və Saakaşvilinin Gürcüstana qayıdaraq qarşıdakı parlament seçkilərində iştirak etmək planlarını açıqlamasından sonraya təsadüf edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki