Saakaşvili məhkəmədə iştirak edəcəkbackend

Saakaşvili məhkəmədə iştirak edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin 2007-ci il noyabrın 7-də etiraz aksiyasının dağıdılması işi üzrə növbəti məhkəmə prosesinin keçiriləcəyi Tbilisi Şəhər Məhkəməsinə aparıldığı bildirilib.

Bu barədə Gürcüstan mətbuatı xəbər verir.

Penitensiar xidmət Saakaşvilinin məhkəmədə iştirak edəcəyini təsdiqləyib. Məhkəmənin yaxınlığındakı ərazi gücləndirilmiş polis dəstələri tərəfindən mühafizə olunur.

Bundan başqa, Saakaşvilinin silahdaşları, ana müxalifət partiyası olan “Vahid Milli Hərəkat”ın üzvləri və onların tərəfdarları məhkəmə binasının qarşısında toplaşmaqda davam edir.

Qeyd edək ki, Mixail Saakaşvili oktyabrın 1-də, yerli seçkilərə bir gün qalmış həbs edilib. Həmin gün o, aclıq aksiyasına başladığını elan edib və 50 gün davam edən aksiyanı Qori xəstəxanasına köçürüldükdən sonra dayandırıb.