Tribuna İnformasiya Agentliyi

Saakaşvili: “İndi özümü azad quş kimi hiss edirəm”

14 Fevral

Avropa ölkələrinə səfər edəcəyəm.

Axar.az xəbər verir ki, bunu “Rustavi 2” televiziyasına müsahibəsində Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib. O, ilk səfərini bu gün Niderlanda edəcəyini bildirib:

“Niderlanddan sonra bütün Avropanı gəzəcəyəm. Artıq Brüssel, Almaniya, Fransa və Polşada görüşlərim planlaşdırılıb. Mən Ukraynada hər şeydən məhrum edilmişdim, indi isə azad quş kimi uça bilərəm”.

Qeyd edək ki, bazar günü Saakaşvili Ukrayna xüsusi xidmət orqanları tərəfdindən Kiyevdə saxlanılıb və Polşaya deportasiya edilib.