Tribuna İnformasiya Agentliyi

Saakaşvili fontanda əyləndi (VİDEO)

20 İyun
Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili Odessada yayın ləzzətini fəvvarələrdə əylənməklə çıxarıb. Özünü fəvvarələrdə isladan Saakaşvili bu görüntüləri  Facebook səhifəsində paylaşıb:
“Mariupolda fəvvarələr çox gözəldir, amma Odessadakılar da onlardan geri qalmır”, – deyə siyasətçi bildirib.
Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski də Mariupol şəhərinə səfəri zamanı yerli sakinlərlə görüşdən sonra fəvvarədə əylənmişdi.