Tribuna İnformasiya Agentliyi

Səudiyyədən Rusiyaya 2 milyardlıq investisiya

03 Dekabr

Səudiyyə Ərəbistanı Rusiyaya yatırdığı investisiyanın məbləğini 2 milyard dollar artıracaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Səudiyyə Vəliəhdi Məhəmməd ibn Salman məlumat verib. Salman Böyük 20-lik ölkələrinin zirvəsində Rusiya prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni müzakirə edib.

Qeyd edək ki, zirvə görüşündə Vəliəhdlə Putinin isti münasibəti diqqətlərdən yayınmamışdı.