Tribuna İnformasiya Agentliyi

Sərxoş model 5-ci mərtəbədən yıxıldı, komadadır

18 İyul

Türkiyə əsilli model Aleksandra Sabuncu xəstəxanaya yerləşdirilib

İstirahət üçün Amerikadan Türkiyəyə gələn 23 yaşlı model 5-ci mərtəbədən yerə yıxılıb.

Beşiktaş ərazisindəki evdə dostları ilə əylənən Aleksandranın səxroş olduğu məlum olub.  O,  özünü idarə edə bilməyib və binanın pəncərəsindən aşağı düşüb.

Sabuncunun dostları onun yoxluğunu bir neçə dəqiqə sonra biliblər və pəncərənin açıq olduğunun fərqinə varıblar.

Amerikada fəaliyyət göstərən model təcili olaraq xəstəxanaya yerləşdirilib, hazırda komadadır.