Tribuna İnformasiya Agentliyi

Şəkidə yaralananlarla bağlı – Son xəbər

17 İyul
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə zamanı xəsarət alanların son vəziyyəti:ni açıqlayıb.
Nazirliyin mətbuat xidmətindən verilən xəbərə görə, Şəki MMRX-da müalicə alan Elxan Məmmədovun vəziyyəti hazırda orta-ağır stabil qiymətləndirilir.
Kliniki Tibbi Mərkəzdə müalicəsi davam edən İlkin Məmmədov ümumi şöbədə palataya köçürülüb və valideynlərinə onun yanında qalması üçün şərait yaradılıb. Onun vəziyyəti isə orta-ağır stabildir.