Tribuna İnformasiya Agentliyi

Şəhriyar Məmmədyarov 7-ci oldu

08 İyun

Norveçin Stavanqer şəhərində “Altibox Norway Chess” superturniri başa çatıb.

TİA.AZ qol.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 3.5 xalla turnirdə 7-ci yeri tutub. Son turda istirahət edən şahmatçımız əvvəlki 8 görüşdə 7 heç-heçə edib və Ermənistan təmsilçisi Levon Aronyana uduzub.

 Qeyd edək ki, birinci yerə İddiaçılar Turnirinin qalibi Fabiano Karuana (5 xal) çıxıb.  Maqnus Karlsen, Hikaru Nakamura və Vişvanatan Anand hərəyə 4,5 xalla 2 – 4-cü yerləri bölüşüb.