Tribuna İnformasiya Agentliyi

Səhiyyə Nazirliyi Şəki Xan Sarayında xəsarət alanların son durumunu açıqlayıb

15 İyul

Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti bağlı məlumat yayıb.

Nazirlikdən verilən məlumata görə, Şəki MRX Xatirə Ağamalıyeva (sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok)-vəziyyəti ağırdır, Elxan Məmmədov (onurğanın qapalı travması) -vəziyyəti orta-ağır hesab olunur.

Klinik Tibbi Mərkəzdə olan İlkin Məmmədov (ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınıq), Sara Hasan (sağ bud sümüyünün qapalı travması çanaqda), Farik Hasan (sol incik sümüyünün sınığı), Al Hasan Samirə (sağ baldır sümüyünün yerdəyişən sınığı) vəziyyətləri ağır stabil, həyati təhlükələri yoxdur.