Tribuna İnformasiya Agentliyi

Şəhid ailələri üçün birdəfəlik ödənişin müraciət qaydaları açıqlandı

08 Oktyabr
Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş və ya ölmüş elan edilmiş şəhid ailələri üçün birdəfəlik ödəniş verilməsi üçün müraciət qaydaları açıqlanıb.
TİA.AZ xəbər verir ki, şəhidlərin adları artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin veb portalına daxil edilib.
Vərəsəlik hüququ təsdiq edilmiş şəxslərə birdəfəlik ödəniş veriləcək. Ödənişin məbləği 11 min manatdır.