Tribuna İnformasiya Agentliyi

Səfirimizin gözü önündə Azərbaycan bayrağı səhv asıldı-FOTOFAKT

08 İyun

Ötən gün Gürcüstanın paytaxtında keçirilən rəsmi qəbul zamanı Azərbaycan Bayrağı tərsinə asılıb. Tbilisi Şəhər Bələdiyyəsinin sədri Georgiy Tkemaladze Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Dursun Həsənovu qəbul edib. Görüş zamanı ikitərəfli münasibətlər müzakirə olunub.

Təəssüf doğuran məqam ondan ibarətdir ki, rəsmi görüş zamanı masanın üzərinə qoyulan Azərbaycan Bayrağı tərsinə asılıb və bu mühüm məqam səfir Dursun Həsənovun diqqətini çəkməyib. Görüşdən çəkilən fotoları isə Georgiy Tkemaladze özünün Facebook səhifəsində paylaşıb.

Xatırladaq ki, Bayraq hər bir dövlətin rəsmi simvoludur və ən ali dəyərdir. Səfir isə Azərbaycanı həmin ölkədə təmsil edən 1-ci dərəcəli dövlət adamıdır. Öz ölkəsinin Bayrağına diqqətsiz yanaşmaq nə diplomatik, nə də etik çərçivələrə sığmır.Səfir Dursun Həsənov bu mühüm məqamı bilməmiş deyil.

diaspora.az