Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verildibackend

Rüşvətə görə saxlanılan gömrük əməkdaşlarına bəraət verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat nəticəsində həbs edilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakim Əli Məmmədov bildirib ki, məhkəmə ibtidai istintaqın fəaliyyətinə tənqidi yanaşır. Bəzi hallarda sübutlar düzgün qiymətləndirilməyib. Bəzi epizodlarda ittiham tərəfi qanunsuz hallara yol verib. Buna görə, təqsirləndirilən şəxslərə 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə bəraət verilməlidir.

Qeyd olunub ki, təqsirləndirilən şəxslər dələduzluq yox, rüşvət almada təqsirli bilinir. Həmçinin təqsirləndirilən şəxslərin himayəsində azyaşlı övladlarının olması, ali təhsilli olmaları yüngülləşdirici hal kimi nəzərə alınıb.

Hakim deyib ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsinin (sanksiya həddindən daha yüngül cəzanın verilməsi) tətbiq edilməsi ədalətli hesab olunmalıdır.

Daha sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Elmar Mirzəyev 5 il müddətinə azadlıqdan məhrum edilib. Ceyhun Şabanov, Emin Xəlilov, Azər Baxşıyev, Orxan Zöhrabov, Sadiq İsgəndərov və Rafael Əzizova 9 ay müddətində cəza təyin olunub. Onların cəza müddəti bitdiyi üçün azadlığa buraxılıb.

Təqsirləndirilən Mirağa Ağayevə isə bəraət verilib. Təqsirləndirilən şəxslər məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, prokuror təqsirləndirilən şəxslərə 8 ildən 8 il 6 aya qədər həbs cəzası istəmişdi.

Təqsirləndirilən şəxslər isə məhkəmədən bəraət istəyiblər.

Xatırladaq ki, təqsirləndirilən şəxslər Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi əməkdaşları keçirilən əməliyyatla saxlanılıblar. Saxlanılan şəxslər hər biri rüşvət almaqda təqsirli bilinərək barələrində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.