Rüstəm Minnixanov yenidən Tatarıstan Respublikasının prezidenti seçilibbackend

Rüstəm Minnixanov yenidən Tatarıstan Respublikasının prezidenti seçilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ-ın məlumata görə, Rusiya Mərkəzi Seçki Komissiyası Tatarıstan Respublikasının prezidenti seçkilərinin nəticələrini açıqlayıb.

“Səsvermə protokollarının 100 faizi sayılıb. Rüstəm Minnixanov seçicilərin 83,28 faizinin səsini toplayıb”, – deyə Rusiya MSK-nın məlumatında vurğulanıb.

Xatırladaq ki, R. Minnixanov 2010-cu ildən Tatarıstana rəhbərlik edir.

Qeyd edək ki, sentyabrın 13-də Rusiyada vahid səsvermə olub. Ölkənin 83 regionunda seçicilər qubernator, yerli qanunverici orqanlara nümayəndələr seçiblər. Konstitusiyaya dəyişikliklərlə bağlı bu ilin iyulun 1-də keçirilən ümumxalq səsverməsi kimi budəfəki seçkilər də bir gün deyil, üç gün ərzində keçirilib. Bir sıra regionlarda elektron qaydada səsvermə təşkil olunub.