Rüstəm Behrudi ağır əməliyyatdan çıxdıbackend

Rüstəm Behrudi ağır əməliyyatdan çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şair Rüstəm Behrudi əməliyyat olunub. Bu barədə  onun özü məlumat verib. Şair səhhətinin normal olduğunu bildirib:
“Türkiyədəyəm. Ağır əməliyyat olundum, yatıram. İndi özümə gəlmişəm”.
Rüstəm Behrudi səhhəti ilə əlaqədar yeni yazdığı şeiri sosial şəbəkə hesabında paylaşıb:
Xəbər gözləmirəm heç kimdən daha,
Bir dilsiz balığam, məndə bəxt hanı?
Mənə öyrətdiyin sözə bağışla!
İlahi, sən mənə bir az vaxt tanı!