Rusların geri qaytardığı ermənilər Qarabağa niyə gəlirlər?backend

Rusların geri qaytardığı ermənilər Qarabağa niyə gəlirlər?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Rusların Qarabağa gətirdiyi ermənilər burada yaşamaq istəmir”.
TİA.AZ xəbər verir ki, bu fikirləri şərhçi jurnalist Asif Nərimanlı səsləndirib. Onun sözlərinə görə, müharibənin başa çatmasından sonra Rusiya sülhməramlılarının müşaiyəti ilə Qarabağa qayıdan ermənilər heç də hallarından məmnun deyillər.
Asif Nərimanlı bunun səbəblərini izah edib.
O bildirib ki, 44 günlük müharibəyə qədər onların əllərində olan əkin sahələri və otlaqlar artıq Azərbaycan Ordusunun nəzarətində olduğu üçün əksər erməninin işğal dövründə yeganə dolanışıq sahəsi olan əkinçilik və heyvandarlıqdan məhrum olublar.
Digər bir səbəb isə Rusiyanın ermənilərə verdiyi humanitar yardımların miqdarının mövcud problemlər fonunda cüzi olmasıdır.
Asif Nərimanlı qeyd edib ki, erməni mənbələr Qarabağa qayıdanların qida problemi ilə üzləşdiyini yazır.
“Ticarət əlaqələrinin itməsi burada yaşamaq üçün heç bir perspektiv qoymur. Əlil olan hərbçilərin də işləmək üçün yeri, o cümlədən, yaşamaq üçün təminatı yoxdur”.
Məlumatlarda ermənilərin əksərinin Qarabağa müvəqqəti qayıtdığı, əsas məqsədlərinin evlərini satmaq, qalan əşyalarını toplamaq olduğu qeyd olunur.