Rusların ekzit-pol nəticələri: Köçəryan 41, Paşinyan 21 faizbackend

Rusların ekzit-pol nəticələri: Köçəryan 41, Paşinyan 21 faiz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya qurumlarının keçirdiyi ekzitpolun ilkin nəticələri açıqlanıb. Onlar mənə seçkinin nəticələri ilə bağlı məlumatları verməyiblər.

Bu sözləri erməni əsilli rusiyalı mediamenecer Aram Qabrelyanov Teleqram kanalında yazıb.

Buna baxmayaraq, o, əldə etdiyi ekzitpol nəticəsini yazıb:

“Ermənistan” bloku (Köçəryan) – 41%, Mülki Müqavilə Partiyası (Paşinyan) – 21%, Çiçəklənən Ermənistan (Çarukyan) – 10%, “Şərəf Duyuram” (Sərkisyan) – 7%”.

Qeyd edək ki, A.Qabrelyanov ekzitpolu hansı qurumların keçirdiyini belə yazmayıb.

Seçki məntəqələri saat 20:00-da bağlanıb. Hələlik heç bir ekszitpol nəticəsi rəsmən elan edilməyib. Məntəqələrdə isə səslərin sayımına başlanılıb./