RUSLARDAN İDDİA: “AZƏRBAYCAN TÜRKİYƏDƏN ALDIĞI “ANKA-S”i QARABAĞDA SINAQDAN KEÇİRİB”backend

RUSLARDAN İDDİA: “AZƏRBAYCAN TÜRKİYƏDƏN ALDIĞI “ANKA-S”i QARABAĞDA SINAQDAN KEÇİRİB”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan ordunun yeni silahlarla təhciz etmək məqsədi ilə müxtəlif ölkələrdən silah, sursat və müxtəlif təyinatlı hərbi texnikalar alır. TİA.AZ xəbər verir ki, son dövrlər bu sıraya Pilotsuz Uçan Aparatlar da əlavə edilib.
İndiyə qədər İsraildən müxtəlif təyinatlı PUA alan Azərbaycan, həm aprel, həm də Tovuz döyüşlərində istifadə etməklə, sınaqdan keçirib. Təkcə kəşfiyyat üçün deyil, o cümlədən düşmənin mövqeyini sıradan çıxarmaq üçün istifadə olunan PUA-lara daha yeniləri əlavə olunub.
Rus mətbuatının (EADaily.com) iddiasına görə, Türkiyə ilə əldə olunmuş son razılaşmaya əsasən Azərbaycana yeni nəsil PUA hesab edilən “ANKA-S” PUAları verilib. Ruslar onu da iddia edir ki, Azərbaycan tərəfi aldığı yeni aparatları sınaqdan keçirib. Hətta o da vurğulanır ki, “ANKA-S”lər ilk olaraq Qarabağ üzərində sınaq uçuşları edib. “Azərbaycan tərəfinin həyata keçirdiyi uçuşlar uğurlu olub. Böyük ehtimalla Bakı ordusuna xeyli sayda ANKA-S PUAlar alacaq. Qarabağ üzərində həyata keçirilən uçuşlardan isə erməni tərəfi məsələdən xeyli gec xəbər tutub. Hətta onların yerini müəyyən etməyə belə imkan tapmayıb”.
Qeyd edək ki, həmin aparat bir çox özəlliyə malikdir. Belə ki, “ANKA-S” radar sisteminə düşmür. Təkcə kəşfiyyat deyil, həm də roketlə təhciz edildiyindən düşmən obyektlərinə zərbə endirməyə qadirdir. Bundan əlavə, uçuş hündürlüyü ən maksimumdur və havada özünü müdafiə etmək qabiliyyəti var. Yəni, təyyarə və helikopterlərdə olduğu kimi, manevr imkanları olmasa da, hədəfdən yayına biləcək imkanlara sahibdir.
Xatırladaq ki, Azərbaycan tərəfi Türkiyədən PUA aldığına dair hər hansı açıqlama verməyib.