Ruslar Xerson vilayətində geri çəkilmək üçün suya 9 vaqon döşədilərbackend

Ruslar Xerson vilayətində geri çəkilmək üçün suya 9 vaqon döşədilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu Ukraynanın Xerson bölgəsində, xüsusən də Kaxovskaya su elektrik stansiyasının ərazisində geri çəkilmə marşrutlarını hazırlayırlar. Bunun üçün keçid hazırlamaq niyyəti ilə 9 vaqonu suya basdırıblar.

TİA.AZ xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı qüvvələri Baş qərargahı məlumat yayıb.

“Ukrayna Müdafiə qüvvələrinin Dnepr çayı üzərində Xerson bütün keçidləri sıradan çıxarmasıilə əlaqədar, işğalçılar özləri üçün yeni geri çəkilmə marşrutları hazırlayırlar. Belə ki, Kaxovskaya elektrik stansiyasının ərazisində gələcəkdə keçid quraşdırılması üçün 9 vaqon suya basdırılıb”,-deyə rəsmi məlumatada bildirilir.

Baş qərargah həmçinin sentyabrın 10-da Xersonda 180-dən çox rus hərbçisinin məhv edildiyini xəbər edib. Zərbə Rusiya ordusunun şəxsi heyəti və hərbi texnikasının yerləşdiyi “Alkoservis” MMC-nin binasına vurulub.

“Rusiya Qvardiyasının və Federal Təhlükəsizlik Xidmətinin bölmələri beş gün ərzində dağıntıların içindən ölülərin cəsədlərini çıxarılması ilə məşğul olub”, – deyə məlumatda qeyd olunur.

Bundan əlavə, Baş Qərargahın məlumatına görə, Xerson vilayətində işğalçı hakimiyyət yerli sahibkarları rus rublu ilə ödənişlər etməyə məcbur etməkdə davam edir. Bu məqsədlə həftəlik yoxlamalar aparır və ruslarla əməkdaşlıqdan imtina etdiyi təqdirdə bizneslərini “milliləşdirməklə”, yəni əlindən almaqla hədələyirlər.