Ruslar nə üçün “humanitar dəhlizlər”i Rusiya və Belarusa təşkil etmək istəyir? – DİNbackend

Ruslar nə üçün “humanitar dəhlizlər”i Rusiya və Belarusa təşkil etmək istəyir? – DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya tərəfi ukraynalıları əsir götürmək üçün Rusiya və Belarusa qondarma humanitar dəhlizlər təşkil etmək istəyir.
TİA.AZ Unian-a istinadla xəbər verir ki, bunu telemarafonda daxili işlər nazirinin müşaviri Vadim Denisenko deyib.
“Dünən ruslar bir daha bəyan etdilər ki, bu gün humanitar dəhlizlər təqdim etməyi planlaşdırırlar. Mən inanmaq istərdim ki, bu, uğur qazanacaq, lakin təəssüf ki, görünür, Rusiya Federasiyası öz ordusuna Ukrayna ərazisində heç bir humanitar dəhliz buraxmamağı tapşırıb”, – Denisenko bildirib. Onun sözlərinə görə, belə humanitar dəhlizlər işğal olunmuş ərazilərdən, xüsusən də Mariupol, Xarkov, İzyum, Trostyanets, Buça, Qostomeldən dinc əhalinin təxliyəsi üçün lazımdır.
Denisenkonun dediyinə görə, ruslar istəyir ki, ukraynalılar onların humanitar dəhlizlərini istəsinlər. “Ruslar Rusiya Federasiyası və Belarusiyaya humanitar dəhliz açmağı planlaşdırır. Bizə təklif edirlər – gəlin sizi çıxaraq, siz bizim əsirimizə və televiziya süjetlərinin qurbanına çevrilin, o süjetlərdə sizin üçün Ukrayna hakimiyyəti altında yaşamağın nə qədər çətin olduğunu, ancaq burada, Rusiya Federasiyasında bir o qədər yaxşı olduğunu deyin”, – o qeyd edib. Onun sözlərinə görə, Rusiya Federasiyasının son günlər hərəkətlərinin bütün məntiqi onu göstərir ki, “televiziya görüntüsü naminə və şəxsən ukraynalıları aşağılamaq üçün Putin Kremldə hər hansı humanitar dəhlizlər yaratmaq üçün heç bir addım atmayacaq”.
Denisenko bildirib ki, işğal olunmuş ərazilərdə, evlərin bütün həyətlərində Rusiya texnikası var.
“Yəni onlar orada dayanıblar ki, biz onları bu ərazilərdən çıxara bilməyək, çünki başa düşürlər ki, biz mülki obyektlərə, insanlara atəş açmayacağıq. Onlar canlı qalxan kimi insanların arxasında gizlənirlər”, – Denisenko vurğulayıb.
Bundan əvvəl məlum olub ki, Rusiya Federasiyası Ukraynada Rusiya və Belarus ərazilərinə humanitar sərhədlərin açılmasını təklif edib.
Baş nazirin müavini – müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk qeyd edib ki, belə bir təklif absurd, kinli və qəbuledilməzdir.