Ruslar Milonova layiq olduğu adı verdilər… – VİDEObackend

Ruslar Milonova layiq olduğu adı verdilər… – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlıları təhqir edən deputat rəzil duruma düşdü

Rusiyada müxalifətçi Aleksey Navalnının həbsindən və Vladimir Putinin sarayıyla bağlı filmin yayımlanmasından sonra başlayan etiraz aksiyalarının birində maraqlı hadisə baş verib.

“AzPolitika.info” xəbər verir ki, sosial şəbəkələrdə Dumanın Sankt-Peterburqdan “seçilən” deputatı, bir müddət əvvəl azərbaycanlıları təhqir edərək, Qarabağda “vəhşilik törətməkdə” günahlandıran, qatı ermənipərəst mövqeyilə seçilən və Azərbaycanın “qara siyahı”ya daxil etdiyi Vitali Milonovun mitinq iştirakçıları tərəfindən biabır və təhqir edildiyinə, aşağılandığına dair video yayımlanıb. Videodan belə görünür ki, şəhər əhalisinin nifrət etdiyi bu varlıq camaatın qarşısına çıxaraq, guya etirazçılara öyüd-nəsihət verməyə, insanları sakitləşdirməyə çalışır. Onu görən aksiya iştirakçıları hakim partiyanı təmsil edən bu məxluqu fitə basmağa, təhqir etməyə başlayır. Mitinqçilərdən biri isə ona yaxınlaşaraq, Milonovun burada yaza bilməyəcəyimiz ifadə ilə hansı ada layiq olduğunu üzünə deyir.

Əslində, həmin mitinqçinin Milonova dedikləri təkcə ona yox, Kremlin digər qulbeçələri və təbliğatçılarına – solovyovlara, zatulinlərə və digər çoxsaylı ermənipərəstlərə də aiddir. Və heç bir şübhə yoxdur ki, əgər həmin şəxslər də sıravi rusların qarşısına çıxsaydılar, Milonova dediklərinin beş betərini də onlara deyəcəkdilər…