Ukraynanın Çerniqov şəhərinin mikrorayonlarından birində rus qoşunları çörək növbəsində dayanan insanları atəşə tutub.
TİA.AZ xəbər verir ki, bu barədə “Suspilne” saytı məlumat yayıb.
Məlumata görə, atəş martın 16-da, yerli vaxtla səhər saat 10.00 radələrində baş verib.
Atəş nəticəsində azı 10 dinc sakinin həlak olduğu qeyd edilir.