Rusiyaya turist kimi getmək istəyənlərin nəzərinəbackend

Rusiyaya turist kimi getmək istəyənlərin nəzərinə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Prezidenti Vladimir Putin hotel rezervasiyası olan əcnəbi turistlərə altı aylıq viza verilməsini nəzərdə tutan qanun layihəsini imzalayıb.
TİA.AZ  “Sputnik”ə istinadən xəbər verir ki, əcnəbi turistlər qarşılıqlılıq prinsipinə görə bir aylıq və  ya altı aylıq viza ala biləcəklər.
Rəsmi olaraq yayımlandıqdan sonra qüvvəyə minəcək qanun əcnəbi turistlərə vətəndaşı olduqları ölkələrin rus turistlərə qarşı siyasətinə baxmayaraq viza verilməsinə şərait yaradır.
Qeyd edək ki, pandemiya səbəbindən Rusiyanı ziyarət edən əcnəbi turistlərin sayında nəzərəçarpan azalma müşahidə olunub.
Yanvar-mart aylarında 1 milyon 830 min əcnəbi Rusiyaya gəlib ki, bunların sadəcə 13 min 400-ü turizm məqsədilə olub.