Rusiyaya qarşı sanksiyalar: Belçikada minlərlə lüks avtomobil ilişib qalıbbackend

Rusiyaya qarşı sanksiyalar: Belçikada minlərlə lüks avtomobil ilişib qalıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Belçikanın Zeebrugge limanında Rusiyaya qarşı tətbiq edilən sanksiyalara görə 8 minə yaxın lüks avtomobil, xüsusilə də son model “Mercedes”, “Cadillac” və “Lexus” avtomobilləri ilişib qalıb.
TİA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” Zeebrugge avtomobil terminalının direktoru Mark Adriansensə istinadən xəbər yayıb.
Bildirilir ki, avtomobillər Rusiya Federasiyasına göndərilməli idi, lakin onlar dəbdəbəli malların ixracına qoyulan qadağaya sanksiyalara qalıblar.
Mark Adriansens limanda ilişib qalan dəbdəbəli avtomobillərin kimə məxsus olduğunu açıqlamayıb.
Jurnalistlər avtomobillərin aprelin ilk həftəsində Asiyadan Zeebruggeyə gətirildiyini öyrəniblər. Ola bilsin ki, avtomobillər müxtəlif bazarlarda satılır.
Sanksiyaya məruz qalan bir sıra digər mallar da limanda qalıb.
Qeyd edək ki, Zeebrugge limanından ildə iki milyondan çox avtomobil keçir. Bu, nəqliyyat vasitələrinin daşınması üçün Avropanın ən böyük limanlarından biridir.