Tribuna İnformasiya Agentliyi

Rusiyaya qarşı dostluq qurmayacağıq – Lukaşenko

26 Sentyabr

Minsk heç kimlə Rusiyaya qarşı dostluq etməyəcək.

Axar.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Bizdə referendum baş tutub və əhali Rusiya ilə münasibətlərdə xoş müttəfiqliyi seçib. Ona görə də biz Rusiyaya qarşı dostluqlar qurmağa hazırlaşmırıq. Bizə çətin olanda Rusiya və Çindən başqa heç kim bizi dəstəkləməyib. Rusiya ilə fərqli münasibətlərimiz var”, – deyə o bildirib.