Rusiyaya qarşı 7-ci sanksiyalar paketi hazırlanırbackend

Rusiyaya qarşı 7-ci sanksiyalar paketi hazırlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqı yaxın həftələr ərzində Rusiyaya qarşı yeni sanksiyalar paketini təklif etməyi planlaşdırır.

TİA.AZ xəbər verir ki, “Bloomberg” agentliyi bu barədə rəsmi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, yeni sanksiyalar paketi qızıl idxalına məhdudiyyətləri, əvvəlki sanksiyalarda dəyişiklikləri, fiziki və hüquqi şəxslərə qarşı əlavə sanksiyalar siyasını əhatə edə bilər. Müzakirələrin hələ də davam etməsi səbəbindən Rusiya neftinin qiymətinin məhdudlaşdırılması ilə bağlı qərar gözlənilmir. Eyni zamanda, Avropa İttifaqının üzvü olan bəzi ölkələr Rusiya qazına sanksiyaları artırmağa çalışsalar da, əksəriyyət bunu dəstəkləmir.

Xatırladaq ki, Avropa İttifaqı iyunun 3-də Rusiya və Belarusa qarşı altıncı sanksiya paketini qəbul edib. Həmçinin Brüssel hazırda Ukrayna ilə birlikdə yeddinci sanksiyalar paketi üzərində işləyir.