Rusiyaya məxsus 2 təyyarə VURULDUbackend

Rusiyaya məxsus 2 təyyarə VURULDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ukraynanın hava hücumundan müdafiə sistemləri daha 2 Rusiya təyyarəsini vurub.

TİA.AZ xəbər verir ki, bu barədə “Vostok” hava komandanlığı məlumat yayıb.

“Hərbi-Hava Qüvvələrinin zenit-raket kompleksləri sayəsində ənənəvi olaraq, gündən-günə düşmən bu istiqamətdə təyyarələrini itirir. Bu gün səhər, martın 23-də hava hücumundan müdafiə əsgərləri işğalçıların dinc şəhərlərə ölüm gətirən daha 2 təyyarəsini vurublar”, – məlumatda deyilir.

Ukrayna Prezidenti Ofisinin rəhbərinin müşaviri Aleksey Arestoviç deyib ki, “indiyə kimi Rusiyanın 105 təyyarəsi vurulub. Onlardan 6-sı son sutkada məhv edilib”.

Qeyd olunur ki, bu da ümumi Rusiya təyyarələrinin 1/3-ni təşkil edir. //unikal