Rusiyaya BÖYÜK ZƏRBƏ – ordu MÜHASİRƏ ərəfəsindəbackend

Rusiyaya BÖYÜK ZƏRBƏ – ordu MÜHASİRƏ ərəfəsində

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Donetsk vilayətinin Lyman qəsəbəsindəki rus qüvvələrinin mühasirə ərəfəsində olduğu bildirilir. Artıq qəsəbənin süqutunun Kreml üçün böyük hərbi uğursuzluq olacağına dair şərhlər səslənməyə başlayıb.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatları rusiyalı hərbi blogerlər yayıb.

Bildirilir ki, Ukrayna hərbçiləri rusları Lymandan Kreminnaya və Svatovaya kommunikasiya yollarını kəsməklə hədələyirlər. Artıq yollar Ukrayna tərəfindən atəşə tutulub.

İddialar hələ ki rəsmən öz təsdiqini tapmayıb, lakin məlumatlar Ukrayna əsgərlərinin sosial mediada yerləşdirdiyi şəkillər və videolarla üst-üstə düşür.

Ekspertlərin fikrincə, qəsəbənin süqutu Rusiya üçün növbəti hərbi uğursuzluq olacaq, ukraynalıları Luqansk bölgəsinə girməyə vadar edəcək, Rusiyanın yay aylarında Donbasda çətin qazandığı naliyyətlər əldən çıxacaq.

“ŞƏHƏR MÜDAFİƏSİZ VƏZİYYƏTDƏDİR”

Üstəlik, bu, Rusiyanın bu ayın əvvəlində İzyum və Kupyanski itirdikdən sonra müdafiə xəttini sabitləşdirə bilmədiyini göstərir ki, bu da siyasi baxımdan Kreml üçün zərərlidir.

“Şəhər son dərəcə müdafiəsiz vəziyyətdədir”, – Rusiyanın “Military Observer” adlı Teleqram kanalı dünən axşam bildirib.

Ukrayna əsgərləri Novosyolovkada kənd sovetinin binası üzərində bayraq dalğalandırdıqları görüntüləri yayıblar. Bu da onu göstərir ki, şimaldan Lyman ilə rus ordusunun yerləşdiyi ərazi arasında yalnız bir yaşayış məntəqəsi – Drobişevo və cəmi bir neçə kilometr yol qalıb.

Xatırladaq ki, Rusiya qüvvələri may ayında Donetsk vilayətinin şimalındakı Lymanı ələ keçirmişdi. Qəsəbə Ukraynaya hücumlar baxımından rus qüvvələri üçün xüsusi əhəmiyyət daşıyır.

BU GEDİŞAT HƏR ŞEYİ DƏYİŞƏ BİLƏRMİ?

Rusiyanın Ukrayna qüvvələrini sıxışdırmaq, mühasirəyə almaq və məhv etmək qabiliyyəti 2014-cü il işğalı zamanı Ukrayna hərbçilərinin mənəviyyatına ağır zərbə vurmuş və bu, bəzi Qərb ekspertlərinin Ukraynanın builki işğala qədər heç vaxt müharibədə qalib gəlməyəcəyini iddia etməsinə səbəb olmuşdu.

Amma indi Ukraynanın rus qoşunlarını küncə sıxışdırması Kremlin və Rusiya ali komandanlığının etibarına növbəti kritik zərbə olacaq, Qərbin Ukraynanın müharibədə qalib gələ biləcəyinə inanmasını və Kiyevi daha çox dəstəkləməsini təmin edəcək.