Tribuna İnformasiya Agentliyi

Rusiyanın xarici işlər naziri “Reuters”in operatorunu təhqir edib

10 Dekabr

Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank Valter-Ştaynmayerlə danışıqlardan əvvəl “Reuters” agentliyinin operatorunu “axmaq” deyərək təhqir edib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov almaniyalı həmkarı Frank Valter-Ştaynmayerlə danışıqlardan əvvəl “Reuters” agentliyinin operatorunu “axmaq” deyərək təhqir edib.

TİA.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə video da yerləşdirilib. Lakin Rusiyanın xarici işlər nazirliyi həmin videonu şərh edərək bildirib ki, Lavrovun “axmaq” deməsi sonradan montaj olunub.

Nazirlik vurğulayıb ki, birincisi, Sergey Lavrovun heç vaxt nalayiq söz işlətməz, ikincisi isə, onun “axmaq” deməsi videokadrlarda görünmür. “Bundan sui-istifadə edən Rusiyanı istəməyən qüvvələr isə həmin kadrı montaj edərək nalayiq ifadəni əlavə edib”.