“Rusiyanın tundrası yanır, Putin isə susur” – Baydendən AÇIQLAMAbackend

“Rusiyanın tundrası yanır, Putin isə susur” – Baydendən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putini tənqid edib.
TİA.AZ xarici KİV-nə istinadən xəbər verir ki, Bayden bu barədə Şotlandiyanın Qlazqo şəhərində keçirilən BMT-nin Qlobal İqlim Dəyişikliyi üzrə 26-cı Konfransında çıxışı zamanı danışıb.
“Rusiyada Putinlə eyni vəziyyət yaşanır. Onun da tundrası yanır. İqlimlə bağlı ciddi problemlər var. Amma o, susur”, – deyə ABŞ lideri bildirib.
Onun sözlərinə görə, Rusiya və Çin Romada keçirilən G-20 sammitində “görünməyiblər”: “Çin dünya lideri olduğunu iddia edir, amma G20 kimi önəmli forumlarda iştirak etmir”.