Tribuna İnformasiya Agentliyi

Rusiyanın taksi xidməti şirkəti 1000-ə yaxın erməni sürücünü işdən çıxardı

13 Aprel
“Rusiyanın “Yandex” taksi xidməti Ermənistan vətəndaşı olan sürücülərlə işləməkdən imtina edir”.
Bu barədə Ermənistanda çıxan “Jamanak” qəzeti məlumat yayıb.
“Yandex” bildirib ki, onların sürücülük vəsiqəsi 4 dövlətdən birinə – Rusiya, Belarus, Qırğız Respublikası və Qazaxıstana məxsus olmalıdır. Nəticədə minə yaxın erməni əsilli sürücü taksi sürücülüyündən məhrum olaraq işsiz qalıb”, – qəzet yazıb.
Mütəxəssislər qeyd ediblər ki, Ermənistanın verdiyi sürücülük vəsiqəsi peşəkar fəaliyyət göstərmək üçün Rusiya tərəfindən tanınmır.(virtualaz.org)