Rusiyanın sonu belə olacaq – Reznikov açıqladıbackend

Rusiyanın sonu belə olacaq – Reznikov açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yaxın bir neçə ildə Rusiyanın parçalanması prosesi başlayacaq. O, müxtəlif dövlətlərə bölünəcək – Tatarıstan, Başqırdıstan və s. Dünyada isə Ukraynanın qələbəsini görmək istəyən antikreml koalisiyası artıq yaranıb.
TİA.AZ Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Ukraynanın müdafiə naziri Aleksey Reznikov “Sandi Tayms” qəzetinə müsahibəsində deyib.
“Əminəm ki, yaxın bir neçə ildə biz Rusiya ərazisində suverenliyə çağırışlar yürüşü görəcəyik. Rusiya Federasiyası Tatarıstan, Başqırdıstan və bu kimi ölkələrlə öz həyatına son qoyacaq”, – Reznikov bildirib.
Qeyd edək ki, bundan öncə “Rusiyanın bir neçə dövlətə bölünməsinin strateji zəruriliyi” mövzusunda ABŞ hökumətinin müzakirələr keçirdiyi haqda məlumat yayılmışdı.