Rusiyanın son sutkada Ukraynada itkiləri açıqlanıbbackend

Rusiyanın son sutkada Ukraynada itkiləri açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələri son sutkada ölkənin cənubunda Rusiyaya məxsus 6 tank, 26 digər zirehli və avtomobil texnikasını məhv edib.

TİA.AZ-ın məlumatına görə, bu barədə Cənub Əməliyyat Komandanlığı “Facebook” səhifəsində məlumat yayıb.

Bundan başqa, 9 “Msta-S” və “Msta-B” haubitsasını, həmçinin ölkənin cənubunda bir “Eleron-10” pilotsuz kəşfiyyat aparatını vurub.

Döyüşlər zamanı sursat anbarı məhv edilib.

Həmçinin Nikolaev və Berislav vilayətlərində 247-ci hava hücumu alayının batalyon taktiki qruplarının və 126-cı ayrı-ayrı sahil müdafiəsi briqadasının iki nəzarət-müşahidə məntəqəsi vurulub.