Rusiyanın reytinqi «zibil»dən də aşağı salındı – «BORCLARINI ÖDƏMƏYƏCƏK»backend

Rusiyanın reytinqi «zibil»dən də aşağı salındı – «BORCLARINI ÖDƏMƏYƏCƏK»

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

«Moody’s» reytinq agentliyi Rusiyanın kredit reytinqini «B3»dən «Ca»-ya, yəni qeyri-investisiya səviyyəsi (bu reytinqdə olan ölkə və şirkətlərin kağızlarına investisiya yatırmaq tövsiyə edilmir) olan «zibil» səviyyəmindən «defolt qabağı» (yəni deforltu gözlənilir) səviyyəsinə endirib, proqnoz mənfidir. TİA.AZ FED.az-a istinadla xəbər verir ki, Rusiyanın Ukraynaya hücumu və Qərbin Rusiyaya qarşı tətbiq edilən sanksiyaları ilə bağlı olaraq Rusiya ciddi maliyyə çətinlikləri ilə üzləşib. Ölkənin Mərkəzi Bankının vəsaitlərinin 3-də ikisi bloklanıb.
Nəticədə son günlər Rusiyanın kredit reytinqi bütün agentliklər tərəfindən endirilir. Bir neçə gün əvvəl «Moody’s» agentliyi özü Rusiyanın kredit reytinqini «Vaa3»-dan «B3»-ə qədər endirmişdi. Bundan əvvəl isə digər reytinq agentliyi «Fitch Ratings» Rusiyanın xarici valyutadakı reytinqini «BBB»dən «B»yə endirmişdi.
Reytinq agentliyinin bununla bağlı açıqlamasında bildirilir ki, Agentlik Moskvanın öz borc öhdəliklərini yerinə yetirmək «arzusuna və bacarığı olacağına» şübhə edir. Agentlik Rusiyaya tətbiq edilən sanksiyaların ölkə iqtisadiyyatına «dağıdıcı» təsir göstərəcəyini gözləyir.
«Moody’s» reytinq agentliyinin proqnozuna əsasən indiki vəziyyət davam etsə, 2022-ci ildə Rusiyanın ÜDM-si 7% azalacaq və bu azalma 2023-cü ildə də davam edəcək.

Qeyd edək ki, «Ca» reytinqi – «Moody’s»in mümkün reytinqləri arasında ən aşağıdan əvvəlkidir. Bu reytinq göstərir ki, şirkətin və ya ölkənin borc öhdəlikləri defolta yaxındır, amma borcun əsas hissəsini və faizləri ödəmək imkanı hələ də qalır. Bundan aşağıda yalnız «C» reytinqidir – hansı ki, defoltun baş verdiyini göstərir.
Buna qədər – martın 3-də «Moody’s» Rusiyanın kredit reytinqini birdən birə 6 pillə aşağı salaraq «Baa3»-dən «B3»ə endirmişdi. Bu reytinqdə olan ölkənin qiymətli kağızlarına vəsait yatırmaq investorlar üçün təhlükəli sayılır, ona görə də bunu «zibil» reytinqi (junk bond) adlandırırlar.