RUSİYANIN QARABAĞDA CANFƏŞANLIĞININ PƏRDƏRXASI: KREML LİDERİNİN REPLİKASI…backend

RUSİYANIN QARABAĞDA CANFƏŞANLIĞININ PƏRDƏRXASI: KREML LİDERİNİN REPLİKASI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Prezidenti Vladimir Putin Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransı iştirak edib.
Putin konfrans iştirakçılarını salamlayarkən Dağlıq Qarabağ münaqişəsinə də toxunub və o bildirib ki, “Rusiya sülhməramlıları regionda sülh və təhlükəsizliyi etibarlı şəkildə təmin edirlər.
Humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün xeyli işlər görülür”.
Rusiya prezidenti həmçinin onu da əlavə edib ki, Rusiya qonşu ölkələrin təhlükəsizliyi ilə bağlı məsuliyyət daşıdığını heç vaxt unutmur və bundan sonra da münaqişə regionlarında vəziyyətin deeskalasiyasına, “ümumi qitəmizdə sülh və sabitliyin möhkəmləndirilməsinə” kömək göstərmək niyyətindədir.
TİA.Az-ın analitik qrupu hesab edir ki, Putinin söylədiyi bu fikirlər Rusiyanın Cənubi Qafqazda hansı məqsədləri güddüyünü açıq şəkildə göstərir. Putin bu çıxışı ilə hər region, həm də dünya dövlətlərinə demək istəyir ki, sözügedən region Rusiyanın nəzarəti altındadır və o, bu regionda təkbaşına qərar vermək niyyətindədir. Şübhəsiz ki, bu onunun istək və arzularıdır. Amma reallıq isə tamam başqadır.
Abxaziya və Cənubi Osetiya məsələsi ilə bağlı Gürcüstanla aralardında düşmənçilik münasibətlərinin höküm sürməsi Rusiyanı Cənubi Qafqazın digər iki ölkəsinə müxtəlif vasitələrlə təziq və şantaj etmək, beləliklə də onları öz təsir dairəsində saxlamaqdır.
II Qarabağ savaşı isə onu göstərdi ki, Azərbaycan üçün kənar təzyiq və basqılar o qədər də önəmli deyil. Yəni artıq Azərbaycan qardaş Türkiyə ilə sıx siyasi, iqtisadi və hərbi əlqələrə malikdir.
Rusiyanın Cənubi Qafqazda belə “canfəşanlıq” etməsinin arxasında da elə məhz bu məsələ dayanır. Rusiya Dağlıq Qarabağda “sülhməramlı” qüvvələrini saxlamaqla və həmin “sülhməramlılar”ın özünə məxsus “fəaliyyəti” ilə nə etmək istədiyi hər kəs üçün aydındır.
10 noyabr 2020-ci ildə üçtərəfli formatda imzalanmış bəyannamənin 9 bəndinin Azərbaycan üçün hələ də icra edilməməsi və ermənilərin xeyrinə rus “sülhməramlıları”nın “fəaliyyəti” isə onu göstərir ki, ermınilərin müqavilə şərtlərini həyata keçirməməsinin arxasında da məhz sözügedən qüvvə dayanır.
Belə ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamənin 7-ci bəndində qeyd edilib ki, “Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar”.
Rus “sülhməramlıları” ermınilər üçün sözügedən bəndin icrasında dərhal başladılar, amma münaqişədən əvvəl sözügedən ərazidə yaşayan Azərbaycanlı əhalinin doğma yurdlarına qayıtması haqqında hər hansı söhbət getmir.
Görünən odur ki, “vasitəçi” dövlətin atdığı addımlar söylədiyi fikirlərlə üst-üstə düşmür və məqsəd bölgədə öz maraqlarını qorumaqdan ibarətdir.

TİA.Az