Rusiyanın nefti bitirmi?backend

Rusiyanın nefti bitirmi?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun 2030-cu ilə qədər Rusiya da daxil olmaqla, bir çox neft istehsalçısı ölkənin dünya bazarından “silinəcəyinə” dair bəyanatı Rusiyada böyük səs-küyə səbəb olub.
AZƏRTAC xəbər verir ki, vəliəhd buna səbəb kimi Rusiyanın neft yataqlarının tükənəcəyini göstərib.
“İzvestiya” qəzeti isə Rusiyanın neft ehtiyatlarına dair məqalə dərc edib. Bildirilir ki, Rusiya 2017-ci ildə neft istehsalına görə Səudiyyə Ərəbistanını geridə qoyub. 1990-cı ildə Rusiya gündəlik 300 milyon ton neft çıxarıb və bu, ölkənin hazırkı istehsalının təxminən 60 faizini təşkil edir.
Rusiyanın Təbii Sərvətlər Nazirliyinin məlumatlarına görə, ölkənin bu günə olan neft ehtiyatları 14 milyard tondur.
Rusiya böyük neft ölkələri içində ehtiyatları baxımından istehsalı ən aşağı olan ölkədir. İraq və İranın sahib olduqları neft ehtiyatlarının bu ölkələrə 90 il bəs edəcəyi təxmin edilir. Bu müddət Nigeriyada 50 il, Səudiyyə Ərəbistanında 61 il, Venesuelada 392 il, Rusiyada isə 25 il hesablanır.
Ekspertlər hesab edirlər ki, 2021-ci ildən sonra Rusiyada neft hasilatı azalacaq. Yeni yataqların kəşfi üçün xərclərin artırılmasının isə yalnız neftin qiymətinin baha olduğu vaxtda mümkün olacağı və sanksiyaların yeni texnologiyalara əlçatanlığa mane olduğu bildirilir.
“Rusiyanın neft sektoru bu gün fəlakətdən uzaqdır. Dünyada neftə olan tələbatın artdığı nəzərə alındıqda, neft gələcəkdə Rusiyanın iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edəcək”, – deyə məqalədə qeyd edilir.