Rusiyanın müharibədəki itkiləri – 41 min ölübackend

Rusiyanın müharibədəki itkiləri – 41 min ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 41 030 hərbçisi məhv edilib”.

TİA.AZ xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 768 tank, 4011 zirehli döyüş maşını, 932 artilleriya sistemi, 259 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 190 helikopter, 736 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 912 avtomobil texnikası və avtosistern, 82 xüsusi texnikadan ibarətdir.
Məlumata görə, Rusiya ən çox itkini Donetsk vilayətinin Krivorojsk və Baxmut şəhəri istiqamətində verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.