“Rusiyanın motoatıcı bölməsi döyüşdə iştirakdan imtina edib” – Baş Qərargahbackend

“Rusiyanın motoatıcı bölməsi döyüşdə iştirakdan imtina edib” – Baş Qərargah

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya hərbçiləri Vozdvijenka-Rota istiqamətində qismən uğur qazanaraq işğal etdiyi ərazilərdəki sərhədlərdə möhkəmlənirlər”.

TİA.AZ xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Məlumata görə, Rusiya hərbçiləri Vısıkoqore rayonunda minalanmış şlaqbaum quraşdırır:

“Rusiya qoşunları komandanlığını məcburedici tədbirlərinə baxmayaraq, əsgərlər xidmətdən imtina edirlər. Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal altında olan ərazilərində zorakı üsullarla səfərbərlik həyata keçirilir.

Məlum olub ki, Xarkov vilayətində ukraynalı müdafiəçilərlə döyüşlərdə verilən çoxsaylı itkilərə görə Rusiya Silahlı Qüvvələri 1-ci Ordu Korpusunun motoatıcı bölməsi bütünlüklə döyüş əməliyyatlarında iştirakdan imtina edib”.

Məlumata görə, Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının 7 hücumunun qarşısını alaraq 10 tankını, 7 artilleriya sistemini, 4 zirehli döyüş maşınını, 3 xüsusi zirehli avtomobili, 4 avtomobilini və sursat anbarını məhv edib. Ukrayna Hava Hücumunda Müdaiə qüvvələri Rusiyanın “Orlan-10” tipli 5 PUA-sını sıradan çıxarıb.