Rusiyanın miqrant “tələsi”: – “120 min azərbaycanlının yarısı qayıda bilər…”backend

Rusiyanın miqrant “tələsi”: – “120 min azərbaycanlının yarısı qayıda bilər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada miqrantlar üçün yeni qaydalar qüvvəyə minib. Məlumata görə, rus dili, Rusiya tarixi və qanunları barədə məlumat sertifikatı (icbari imtahandan keçdikdən sonra veriləcək) 3 il müddətində qüvvədə olacaq. Rusiyada yaşamaq icazəsi almaq istəyənlər üçün sertifikat müddətsizdir, lakin yaşayış icazəsi ləğv edilərsə, sertifikat da ləğv ediləcək.

Rus dili imtahanı zamanı əmək miqrantları polisə, poliklinikaya rus dilində müraciət etmək və iş görüşməsindən müvəffəqiyyətlə keçmək (həm şifahi, həm də yazılı) qabiliyyətini təsdiqləməlidirlər. Bundan başqa, yaşayış icazəsi və ya müvəqqəti yaşamaq icazəsi almaq istəyənlər üçün rus dili imtahanının tələbləri çətinləşdirilib. Rusiya qanunvericiliyi ilə bağlı imtahanda əcnəbilər əsas hüquq və vəzifələrini, miqrasiya qanununun qaydalarının və pozuntuların nəticələrini (xəbərdarlıq, cəza və ya deportasiya) bildiklərini təsdiqləməlidirlər. Miqrantlar, həmçinin yaşamaq izni almaq üçün Rusiyanın konstitusiya sisteminin əsasları, əmək, mülki və ailə qanunvericiliyinin əsas prinsipləri barədə məlumatlı olduğunu göstərməlidirlər.

ReAL partiyasının icraçı katibi, iqtisadçı- ekspert Natiq Cəfərli Kremlin sözügedən qərarının ölkəmizə təsiri barədə “Sherg.az”a danışdı:

“Bu, təkcə Azərbaycanla yox, həm də Ukrayna və Moldova ilə bağlıdır. Rəsmi statistikaya görə, Rusiyada 120 min azəbaycanlı qeyri-rəsmi yaşayır. Həmin soydaşlarımız iyunun 15-dək vətəndaşlıq hüququ almalıdırlar. Əks halda deportasiya olunmaqla bağlı iddialar var. Təəssüf ki, heç də bütün vətəndaşlarımızın belə imkanı yoxdur. Deməli, 120 min azərbaycanlının təxminən yarısı ölkəyə qayıda bilər ki, bu da sosial problemlərin, o cümlədən əmək bazarındakı gərginliyin çoxalmasına səbəb olacaq. Nəticədə Moskvanın təsir imkanları artacaq”.