Rusiyanın məşhur sənət adamları ölkəni niyə tərk edir? – Xalq artisti səbəbini açıqladıbackend

Rusiyanın məşhur sənət adamları ölkəni niyə tərk edir? – Xalq artisti səbəbini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya təcavüzündən sonra Xalq artisti Alla Puqaçova Rusiyanı tərk edib. Bundan sonra Rusiyanın təcavüzünü pisləyən şoumen Maksim Qalkin də onunla gedib. Bu siyahıda Kseniya Sobçak və başqa məşhurlar da var.

Alla Puqaçovanın ardınca isə Rusiyanın Xalq artisti Valeri Leontyev Rusiyanı tərk edərək Amerikaya köçdüyünü bəyan edib.

Maraqlıdır, görəsən illərlə Rusiyada yaşayan, onun fəxri adını daşıyan sənət adamları vətənlərini niyə tərk edir?

TİA.AZ xəbər verir ki, müğənni Akif İslamzadə qaynarinfo-ya açıqlamasında bildirib ki, rusiyalı sənət adamlarının ölkəni tərk etməsinin əsl səbəbi onların kapitallarıdır:
“Bir neçə müddətdən sonra sərhədləri tamam bağlayacaqlar. Nə içəri adam buraxacaqlar, nə də  içəridən kənara. Onların hər birinin əvvəldən xarici ölkələrdə mülkləri olub və bu gün də var. Onlar həm də kapitallarının batmağından qorxurlar. Əllərinə imkan düşüb, köçüb gedirlər”.

Akif İslamzadə hesab edir ki, yaxın zamanlarda Rusiyanı tərk edən sənət adamlarının siyahısı genişlənəcək:

“Aktyorlar, yazıçılar, şairlər var ki, onlar da narazılıqlarını bildirirlər. Bu, ədalətli müharibə deyil. Hər iki tərəfdən heç nədən insanlar həlak olur”.