Rusiyanın Krımdakı aviabazada itkiləri məlum oldu – Peyk görüntüləribackend

Rusiyanın Krımdakı aviabazada itkiləri məlum oldu – Peyk görüntüləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Krımda hərbi aerodromda baş verən partlayışlar nəticəsində azı 7 təyyarə məhv edilib.
TİA.AZ xəbər verir ki, bu barədə CNN bildirib.
Qeyd olunub ki, bu hadisə İkinci Dünya Müharibəsindən sonra Rusiya aviasiyası üçün ən pis hadisələrindən biridir. Belə ki, 1945-ci ildən sonra nə SSRİ, nə də Rusiyada bir dəfəyə bu ölçüdə təyyarə itkisi baş verməyib.
Kanal bildirir ki, Rusiyanın itkilərinə dair məlumatlar Amerikanın Planet Labs şirkətinin Saki aviabazasındakı partlayışlardan əvvəl və sonra çəkilmiş peyk görüntüləri sayəsində əldə edilib.
Fotoşəkillərdə açıq dayanacaqda ən azı yeddi təyyarənin yanmış parçaları, həmçinin yanan torpaq və bir yerdə yığılmış çoxlu kraterlər əksini tapıb. Əsas uçuş-eniş zolaqlarına ziyan dəyməyib.
Görüntülər dəymiş ziyanın miqyasını, dağıntı və zərərin xarakterini dəqiq müəyyən etməyə imkan vermir, lakin onlar aviabazaya dəyən zərərin ilk müstəqil sübutudir.
Ukrayna kəşfiyyatının məlumatına görə, aerodromda baş verən partlayışlar nəticəsində azı 60 nəfər həlak olub, daha 100-ə yaxın pilot və texniki işçi yaralanıb. Ukrayna Silahlı Qüvvələri avqustun 10-da doqquz təyyarənin məhv edildiyini bildirib.
Adı açıqlanmayan Ukrayna rəsmisi “Vaşinqton Post”a deyib ki, Sakidə baş verənlərin arxasında Ukrayna xüsusi təyinatlıları dayanır. Rəsmi Kiyev isə öz ordusunun insidentdə iştirakı ilə bağlı açıqlama verməyib.