Rusiyanın itkiləri xeyli artdı – Son rəqəmlərbackend

Rusiyanın itkiləri xeyli artdı – Son rəqəmlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Ukraynada iyulun 23-nə olan itkiləri ciddi şəkildə yeni “qırmızı xətt”ə doğru irəliləyib.
 
Artıq 39 240 rus hərbçisi məhv edilib.TİA.AZ UNİAN-a istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Feysbuk səhifəsində ötən gün ərzində daha 240 hərbçinin məhv edildiyini açıqlayıb.
Həmçinin Ukrayna ərazisində Rusiyaya məxsus 4 tank, 9 zirehli döyüş maşını, 1 artilleriya sistemi, 2 reaktiv yaylım atəşi sistemi, 1 operativ-taktiki pilotsuz uçuş aparatı və 17 avtomobil texnikası məhv edilib.